Ziqmund Freydin qurbanı oldu: Ən mühüm xəstələrindən biri kimi tarixə düşdü

Ziqmund Freydin qurbanı oldu: Ən mühüm xəstələrindən biri kimi tarixə düşdü

Elm tarixinə qaranlıq qalan ən qəddar təcrübələrdən biri olan Emma Ekşteyn təcrübəsi Freydə qarşı baxışınızı bəlkə də dəyişə bilər. 

 

Sfera.az bu yazıda sizə qısa müddət psixoanalitik işləyən Freydin qan donduran eksperimentini təqdim edir.

 

Emma Ekşteyn menstruasiya nəticəsində yaranan mədə ağrıları və yüngül depressiya kimi qeyri-müəyyən simptomlar səbəbilə dövrün məşhur nevroloqu Ziqmund Freydə müraciət edir.


Freyd ona qeyri-adi : şəxsiyyət pozğunluğu və həddindən artıq orqazm diaqnozu qoyub.

Freydin yaxın dostu və Berlində işləyən alman otolarinqoloq Vilhelm Fliess burunun cinsi orqanla bağlı olduğunu düşünürdü.

 

Buna görə də Fliess burun əməliyyatı ilə cinsi problemləri həll edə biləcəyi qənaətinə gəlib.


Freydlə məktubla əlaqə saxlayan Fliess 1895-ci ildə Ekşteynin əməliyyatı üçün Vyanaya gəlir.

 

Lakin əməliyyat onların gözlədiyi kimi keçmir. 


Fliess işini bitirdikdən sonra Vyananı tərk edir, əməliyyatdan sonra Ekşteyn qanaxma və burundakı pis qoxudan əziyyət çəkib. O, narahatedici simptomlar yaşamağa başlayıb.


Bundan sonra Ekşteyn Freydin qəbuluna gedir və məlum olur ki, Fliess gənc qadının burnunun içində yarım metrdən çox qazlı cuna unudub. 


Xoşbəxtlikdən, professor Rozanes gənc qadını bu ağrıdan xilas edib. Freyd məktubunda unutduğu cuna haqqında Fliessə yazır.


Lakin Eksteyn bu ikinci əməliyyatdan sonra daha maraqlı yan təsirlər yaşamağa başlayıb.


Burun dəlikləri tamamilə bağlı olan Ekşteyn yuxu pozğunluqları yaşamağa başlayıb.


Cərrahi yara yoluxmuş və iltihablanmışdı. Müalicə üçün daha ağrılı üsuldan istifadə edilib: Gənc qadının yanağında nəhəng dəlik açılıb.

 

Ekşteynin vəziyyəti günü-gündən pisləşir, üzü qorxunclaşırdı.

Bu arada Freyd karyera nərdivanını bir-bir dırmaşırdı. Daha çox şöhrət qazandıqdan sonra Fliess ilə əlaqəni də kəsir.


Üstəlik, Freyd Fliessdən aldığı məktubları cırıb atırdı. Maraqlı fikirləri ilə o vaxt hətta tənqidlərə də tuş gələn Fliessi tək qələmlə silmişdi. 


Eksteyn isı ömrünün qalan hissəsini ağrı içində keçirdi.


Məşhur həkimlərin heç bir mənası olmayan və yanlış diaqnozlar qoyduğu müalicənin qurbanı olan Ekşteyn 59 yaşında insult keçirərək, vəfat edib.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...