Onlar asanlıqla uğur qazanırlar - Ən şanslı BÜRCLƏR

Onlar asanlıqla uğur qazanırlar - Ən şanslı BÜRCLƏR

Astrologiyaya görə hər bir bürcün özünəməxsus xüsusiyyətləri və enerjisi var. Bəzi bürclər isə şansları ilə seçilir və həyatlarında daha asan uğur qazanırlar.

 

Sfera.az bu dəfə həmin bürclərlə bağlı məlumatı təqdim edir.

 

Oxatan bürcü - Yupiter tərəfindən idarə olunur. Bu planet isə bolluq və şans əlamətləri ilə tanınır. Bu bürcün insanları ümumiyyətlə optimist, macəraçı və cəsurdurlar. Bu xüsusiyyətlər onlara yeni imkanlar kəşf etməyə və şanslarını artırmağa kömək edir. Oxatan bürcləri çətinliklər qarşısında belə müsbət baxışlara sahibdirlər. Bu optimizm onların həyatına müsbət hadisələri cəlb edir. Yeniliklərə və fərqli təcrübələrə açıqdırlar.

 

Qoç bürcü - Mars planeti tərəfindən idarə olunur. Bu planet cəsarət, enerji və inadkarlığı simvolizə edir. Bu bürclər ümumiyyətlə qətiyyətli və təşəbbüskardırlar. Bu xüsusiyyətlər onlara uğur qazanmağa imkan verir. Qoçlar məqsədlərinə çatmaq üçün əzmlə çalışırlar, risk etməkdən çəkinmirlər.

 

Şir bürcü - Günəş tərəfindən idarə olunur. Günəş isə həyat enerjisinin, gücün və özünə inamın simvoludur. Şirlər ümumiyyətlə xarizmatik, özünə güvənən və liderdirlər. Bu xüsusiyyətlər onlara diqqəti cəlb etməyə və uğur qazanmağa imkan verir.

 

Balıqlar bürcü - Neptun və Yupiter planetləri tərəfindən idarə olunurlar. Neptun təxəyyül və intuisiyanı, Yupiter isə şansı təmsil edir. Balıqlar ümumiyyətlə intuitiv, empatik və yaradıcıdırlar. Bu xüsusiyyətlər onlara doğru zamanda doğru yerdə olmaq və fürsətlərdən istifadə etmək imkanı verir. Güclü intuisiyaları sayəsində düzgün qərarlar verə və fürsətləri görə bilirlər. Yaradıcı düşünmə qabiliyyətləri onlara problemlərə müxtəlif perspektivlərdən baxmağa və həll yolları yaratmağa imkan verir.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...