“Bakubus” avtobuslarında sürət həddi endirildi - VİDEO

“Bakubus” avtobuslarında sürət həddi endirildi - VİDEO

“Bakubus”a məxsus avtobuslarda sürət həddi endirilib. 

 

Sfera.az “Xəzər” TV-yə istinadən xəbər verir ki, sərnişinlərin avtobusların gecikməsi ilə bağlı şikayətlərindən sonra məlum olub ki, bunun səbəblərindən biri də sürət limitinin aşağı slaınmasıdır. Bildirilib ki, sürət həddi saatda 50 km-ə endirilib. 

 

Sürücülərin sözlərinə görə, yeni sürət limiti artıq 1 aya yaxındır, tətbiq edilib. Bu da gecikmələrə səbəb olur. 

 

Məsələ ilə bağlı “Bakubus” MMC-dən bildirilib ki, bu qərarın verilməsinə səbəb qəzaların sayının artması olub: “Qərar sözügedən avtobuslar üzrə qəza statistikasına müsbət təsirini göstərib. Belə ki, qəzaların sayı 40 faiz azalıb. Hazırda xüsusi avtobus zolaqlarının genişləndirilməsi üzrə işlər davam etdirilir. Avtobus zolaqlarının üstün cəhətlərindən biri təhlükəsiz və operativ sərnişindaşımanın həyata keçirilməsidir”.

 


OXŞAR XƏBƏRLƏR

Qadını geyiminə görə Parisdə gecə klublarına buraxmadılar

Amerika Birləşmiş Ştatlarından olan turist Leyni Taker Fransa paytaxtını gəzərkən seçdiyi ayaqqabılara görə Paris gecə klublarına buraxılmayıb.   Sfe...

İran həbs edilən Azərbaycan vətəndaşları barədə məlumat vermir

İran saxlanılan və həbs edilən əksər Azərbaycan vətəndaşları barədə məlumat təqdim etmir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətb...

Əlverişsiz hava şəraiti: Sabah bu insanlar diqqətli olsun!

Sabah meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti müşahidə olunacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verili...

21 məktəb direktoru işdən çıxarılıb - RƏSMİ

21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib.   Sfera.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.   Bildirilib ki, Məktəbə...

İranın iddialarının heç bir əsası yoxdur - Azərbaycan XİN

İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl Bəqainin guya Azərbaycanda iranəsilli məhbuslarla pis rəftar edilməsi ilə bağlı iddialarının heç bir...

Müdafiə Nazirliyindən TƏCİLİ AÇIQLAMA!

Sünik rayonu ərazisindəki döyüş mövqeləri arasında yol tikinti işləri aparan ekskavatora avqustun 4-də saat 13:10 radələrində Azərbaycan Ordusunun bölmələri tər...