Zelenski-Bayden görüşünün DETALLARI - Döyüş meydanında nələr dəyişəcək?

Zelenski Baydenə Xarkov vilayətindəki döyüşlərlə bağlı məxfi təfərrüatları danışıb.
Sfera.az bildirir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
Belə ki, Ukrayna lideri Parisdə ABŞ prezidenti Co Baydenlə görüşündə döyüş meydanından bəzi detallar barədə məlumat verməyə hazır olduğunu bəyan edib. Eyni zamanda, o, jurnalistlərlə məlumat paylaşmaq istəmədiyini qeyd edib. Bu barədə Ağ Evin saytında iki liderin söhbətinin stenoqramında qeyd olunub.
“Əlbəttə ki, bu gün mən Xarkov vilayətinin gücləndirilməsi haqqında danışmaq istəyirəm. Bütün təfərrüatları mətbuatla bölüşmək istəmirəm. Bağışlayın, ancaq düşünürəm ki, döyüş meydanından bəzi detallar var ki, onları məndən eşitməlisiniz” – Zelenski Baydenə deyib".
Ukrayna prezidentinin saytında iki liderin Xarkov vilayətinin mühafizəsinin gücləndirilməsinin vacibliyini müzakirə etdiyi barədə məlumat yayılıb. Zelenski həmçinin ABŞ-dən yeni hərbi yardım paketləri çərçivəsində çatdırılmaların sürətləndirilməsini ifadə edib. O, döyüş meydanındakı vəziyyət barədə də ətraflı danışıb.
Günay