Türkiyədə avtomobil aşdı - 4 hərbçi yaralandı

Dünya
22:30 / 07.06.2024
2859
Türkiyədə Van-Hakkari magistral yolunun Kurubaş hissəsində avtomobilin aşması nəticəsində dörd hərbçi yaralanıb.
Sfera.az report-a istinadən xəbər verir ki, məlumatı "Hurriyet" yayıb.
Bildirilib ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil aşıb.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası cəlb edilib. Yaralı hərbçilər hospitala yerləşdirilib.