Ersin Tatar İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Ersin Tatar İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar ölkəsinin Türk Dövlətləri Təşkilatına (TDT) üzvlüyünü dəstəklədiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü ifadə edib.

 

Sfera.az xəbər verir ki, dövlət başçımızın buna dair səsləndirdiyi fikirləri xatırladan Ersin Tatar deyib: “Prezident İlham Əliyevin Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinin ən yaxın zamanda TDT-nin üzvlüyünə keçməsini dəstəklədiyini, Türk dünyasının bir parçası olması baxımından bunun təbii hal olduğunu, eləcə də bu ölkədə yaşayan türkləri qardaş kimi qəbul etməsi Şimali Kipr Türk xalqı üçün olduqca vacib və dəyərlidir”.

 

Dövlətimizin başçısının Şərqi Aralıq dənizindəki türk dövləti-Şimali Kiprin hər sahədə Türk dünyasının ayrılmaz bir parçası olduğuna dair ifadələrini dilə gətirən Ersin Tatar xalqı adından Azərbaycan Prezidentinə təşəkkürünü ifadə edərək deyib: “Azərbaycan və Şimali Kipr qardaşlığı eyni millətin nümayəndələri olaraq əbədi yaşayacaq. Qardaşlığımız Lefkoşadan Bakıya qədər əbədi olacaq”.


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...