Azərbaycan əhalisinin yüzmilyonlarla pul xərclədiyi sahə - RƏSMİ

Azərbaycan əhalisinin yüzmilyonlarla pul xərclədiyi sahə - RƏSMİ

Azərbaycan əhalisinin sahib olduğu avtomobillərin təmirinə xərclədiyi vəsait yeni rekord səviyyəyə yüksəlib.

 

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət üçün xərclənən məbləği 2023-cü ildə 559 milyon manata çatıb. Bir il əvvəl bu məqsədlə əhali 448 milyon manat pul xərcləmişdi.

 

Son bir il ərzində əhalinin nəqliyyat vasitələrinin təmirinə xərclədiyi vəsaitin həcmi 111 milyon manat artıb. Müqayisə üçün bildirək ki, sözügedən xidmətlərlə əlaqədar əhalinin xərcləri 2021-ci ildə 378 milyon manat, 2020-ci ildə 350 milyon manat idi.

 

Nəqliyyat vasitələrinə görə təmir və texniki xidmət xərclərinin kəskin artmasının 2 əsas səbəbi var. Birinci səbəb avtomobillərin sayının artmasıdır. Son illərdə əhaliyə məxsus olan avtomobillərin sayı bir neçə yüz min ədəd artıb. Yalnız şəxsi minik avtomobillərinin sayı 2020-2023-cü illərdə 200 mindən çox artaraq 1,5 milyon ədədi ötüb. İkinci mühüm səbəb avtomobillərin köhnəlməsidir.

 

Azərbaycanda istifadədə olan avtomobillərin 70 faizindən çoxu 10 il öncə və daha əvvəl istehsal edilən nəqliyyat vasitələridir. Avtomobillərin köhnəlməsi onların tez-tez təmir və texniki xidmətdən keçmək zərurətini yaradır. Sadalanan səbəblərdən əhalinin nəqliyyat vasitələrinin təmiri və texniki xidmət xərcləri sürətlə artır.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...