Sabiq deputatın oğlu məşhur idmançını həbs etdirib
Cəmiyyət
14:38 / 08.12.2016
737
Bir müddət əvvəl dələduzluqda təqsirləndirilərək barəsində həbs-qətimkan tədbiri seçilən tanımış idman ustası, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun cinayət işində zərərçəkmiş şəxs məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, iş üzrə zərərçəkmiş şəxs sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur.
Məlumatda bildirilir ki, Elnur Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manatlıq dələduzluq əməli törətdiyini bildirib.
Faktla bağlı araşdırma aparılıb, Rövşən Heybətov saxlanılıb. Onun barəsində noyabrın 25-də Xətai rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.
Onu da qeyd edək ki, Elnur Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsidir.
**
30 noyabr
Azərbaycanda tanınmış idmançı həbs edilib. K-1 döyüş növü üzrə məşqçi "Pro-Rinq” Rövşən Heybətov saxlanılıb. Bu barədə Lent.az-a vəkil Ceyhun Yusifov məlumat verib. Vəkilin dediyinə görə, o, 100 min manatı dələduzluq yolu ələ keçirilməkdə ittiham olunur. Noyabrın 25-də Xətai rayon Məhkəməsinin qərarı ilə Rövşən Heybətova Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Ceyhun Yusifov Lent.az- a açıqlamasında bildirib ki, Xətai rayon məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər.