"Meyarlar aydın deyil, lakin layihəni dəstəkləyirəm" - Deputat

“Əminəm ki, hansısa statistik göstəricilərə əsaslanmadan bu layihə gündəmə gəlməzdi, sadəcə işlək bir prosesin hansısa sui-istifadə halına qurban verilməsi doğru deyil”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar plenar iclasında deputat Bəhruz Məhərrəmov “Məşğulluq haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.


“Mövcud layihədə düyün nöqtəsi kimi işlə təmin edilmə imkanları olanların təqaüdlərdən sui-istifadə etməsi ehtimalları barədə çıxışlar edilir və bununla da ehtiyacı olanların kənarda qalması qabardılır. Əgər qeyri-real olan, sui-istifadə xarakteri daşıyan hansısa fakt varsa, təbii ki, aidiyyəti tədbirlər görülməlidir, hətta bu prosesdə inzibati məsuliyyət tədbirlərinin mümkünlüyünə baxıla bilər. Sadəcə burada da aydın hüquqi kateqoriya olmalıdır, “işlə təmin edilmə imkanları olanlar” kateqoriyası necə müəyyən edilir, bu, aydın deyil.

 

Ən sonda müəyyən meyarlar aid deyil, kvota niyə məhz 15 nəfərdən çox olmamalıdır?  Yaxud 26-cı maddədəki 2 illik müddət, yaxud 29-cu maddədəki 50 faizlik meyar. Düzdür, buna etiraz üçün xüsusi əsas görmürəm, amma istənilən halda meyarlar aydın deyil.

 

Ümumilikdə isə təbii ki, layihəni dəstəkləyirəm, konsepsiya ümumi rifaha xidmət edir”, - millət vəkili qeyd edib.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...