"Minimum əməkhaqqı vətəndaşı xoşbəxt etmir..." - Fazil Mustafa

Siyasət
13:25 / 07.06.2024
3664
“Sahibkarlara yeni iş yerləri açması üçün dəstək vermək lazımdır”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar plenar iclasında deputat Fazil Mustafa “Məşğulluq haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“İş yeri açılanda minimum əməkhaqqı olur, kvotanı da dövlət müəyyənləşdirir ki, 15-dən artıq olmaz. İş yerinin ən yaxşı və faydalı hissəsini özəl sektor yarada bilir. DOST kimi yaradılan iş yerlərinin müsbət effektini görə bilmirik. Minimum əməkhaqqı vətəndaşı xoşbəxt etmir. “Özəl sektorlara dəstək” proqramları haqqında düşünməliyik”, - millət vəkili bildirib.
Firuzə Əliyeva