"İslam Oyunlarında ən azı 50 ölkə iştirak edəcək"


2017 İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə 5 aydan bir qədər çox vaxt qalıb və ən əsas işlər bu gündən başlayacaq.

Sfera.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov İslam Həmrəyliyi Oyunlarına hazırlıq çərçivəsində `Chef de Mission Seminar`ı ilə bağlı keçirilən konfransda deyib. O bildirib ki, oyunlar üçün planlaşdırılan işlər qrafik üzrə aparılır. 

"Gecikmə yoxdur. Missiyanın rəhbərləri üçün seminnarlar çox vacibdir. Onların sualları bizim üçün vacib və önəmlidir və onlara cavab tapmalıyıq. Bu gün 50 ölkədən 71 nümayəndə toplanıb. İstərdik ki, 57 islam ölkəsini idmançıları oyunlarda Bakıda toplaşsınlar”. 

A.Rəhimov qeyd edib ki, 50 ölkənin nümayəndəsinin bu seminarda iştirakı ən azı 50 ölkənin oyunlarda iştirakını göstərir. "Bu gün bütün məsələlər idmançıların gəlişi, gedişi, məskunlaşması, dopinq və digərləri müzakirə edildi. İstəyirik ki, idmançılar Bakıdan tam razı qayıtsınlar. Çalışırıq ki, onların bütün istəklərini həll edək və həyata keçirəcək”.

Nazir həmçinin qeyd edib ki, İslam Həmrəyliyi Oyunları zamanı xarici mütəxəssislər Avropa Oyunlarındakından 10 dəfə az olacaq: "Avropa Oyunlarında 500-dən çox mütəxəssis fəaliyyət göstərirdi. Bir çox yerli mütəxəssislər də olub. Lakin İslam Həmrəyliyi Oyunlarında 50-dən çox xarici mütəxəssis fəaliyyət göstərəcək” .

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar isə bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarında ən azı 50 ölkə iştirak edəcək. Onun sözlərinə görə, bu, tarixdə ilk belə göstəricidir: "Azərbaycanın idman arenaları tam hazırdır. Azərbaycanın çox böyük təcrübəsi və potensialı var. Atletlər kəndinin şəraiti heyrətamizdir. Oyunların əvvəlkilərdən daha yüksək səviyyədə keçəcəyinə əminəm. Azərbaycan hökuməti, Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyinə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün yaradılan yüksək şərait, təşkilatçılıq, qonaqpərvərliyə görə minmətdarlığımı bildirirəm. Ümid edirəm ki, oynlarda islam xalqları islam dəyərlərini Azərbaycanda birləşdirəcə. Əminəm ki, iştirakçılar Azərbaycandan xoş xatirələrlə ayrılacaqlar. Arzu edirəm olimpiya oyunları da Bakıda keçirilsin. Azərbaycan artıq yüksək səvəiyyəli turnirlərə imza atıb və böyük təcrübəyə malikdir”.



OXŞAR XƏBƏRLƏR

Hansı ərazilərdə mənzil almaq daha sərfəlidir? - VİDEO

Yaxın gələcəkdə paytaxtın bəzi ərazilərindən mənzil almaq daha sərfəli olacaq.   Ekspertlər bildirirlər ki, artan qiymətlər fonunda bir neçə ərazidə ...

Bu dərmanlara qarşı xəbərdarlıq

Mütəxəssislər tez-tez istifadə edilən bəzi dərmanların gözlənilən faydanı vermədiyini və hətta zərərli ola biləcəyini bildirirlər. Dərmanlar, xüsusən də düzgün ...

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...