"Bu qərar tikinti bazarında ciddi problemlər yaradıb, vətəndaşlar əziyyət çəkirlər..." - AÇIQLAMA

Vətəndaşların əksəriyyəti daha bir əmlak məsələsindən əziyyət çəkirlər. Söhbət çıxarışsız torpaq sahələrindən, fərdi həyət evlərindən gedir.  Belə ki, 2023-cü ilin oktyabr ayından etibarən yeni qərara əsasən, artıq çıxarışı olmayan  torpaq sahələri üzərində tikilmiş yaşayış evlərinə qaz, su, işıq və digər kommunikasiya xətlərinin çəkilişi qadağan olunub.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, bu istiqamətdə artıq sərt tələblər də var:

 

“Yəni hər hansısa bir işıq, qaz, su, digər kommunikasiya şöbələrində işləyən şəxslər bu cür çıxarışsız torpaq sahələri üzərində tikilmiş evlərə kommunikasiya xətlərinin çəkilməsinə icazə verərlərsə, onlar cəzalandırılacaqlar. Adətən yay aylarında torpaq və fərdi həyət evlərinin alqı-satqısı daha sürətli olur.  Ölkədə, xüsusən Bakı və Abşeron ərazisində torpaqların böyük əksəriyyətinin çıxarışı yoxdur. Bu səbəbdən təkcə Bakı və Abşeronda yüz minlərlə, bəzi rəqəmlərə görə, 500 minə yaxın çıxarış ala bilməyən fərdi həyət evləri mövcuddur. Çox sayda torpaq sahələrinin də çıxarışı yoxdur.  Yeni qərar qüvvəyə mindikdən sonra artıq o torpaqlar üzərində fərdi həyət evləri tikilmir. Buna görə də tikinti bazarında çöküş müşahidə olunur. Vətəndaşların mülkiyyət hüquqları da pozulur”.

 

Ekspert bildirib ki, burada birmənalı olaraq vətəndaşlar günahkar deyil:

 

“Çünki onların hər birinin əlində hansısa dövlət qurumunun verdiyi sənəd var. Yəni icra hakimiyyətləri, bələdiyyələr və digər qurumlar bir zamanlar vətəndaşlara yaşayış vəziyyətinin yaxşılaşdırılması üçün torpaq sahələri ayırırdılar, yaxud satırdılar. Həmin sənədlər üzərində də vətəndaşlar o torpaqları alıb, lakin onların özəlləşdirilməsində ciddi problemlər yaşanır. Bu səbəbdən bu gün həmin insanlar nə tikinti işləri apara bilirlər, nə də sahələri sata bilirlər. Bunun fəsadları daha geniş olacaq. Ötən ilin oktyabrından qüvvəyə minmiş qərardır, uzun müddət keçməyib, amma buna baxmayaraq,  artıq tikinti bazarında ciddi problemlər müşahidə olunur. Ucuz fərdi həyət evləri axtaran şəxslər də əziyyət çəkirlər, çünki satılan torpaqlar daha çox çıxarışlı torpaqlardır və onların qiymətləri kəskin bahadır. Bu problemlərin aradan qaldırılması üçün isə birmənalı olaraq həmin torpaq sahələri çıxarışla təmin olunmalıdır”.

 

Günay Rəsulqızı 


OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...