Həştərxan vilayətində fəaliyyət göstərən logistika qovşağı yüklərin daşınmasını 200 min tona çatdıracaq

Həştərxan vilayətində fəaliyyət göstərən logistika qovşağı yüklərin daşınmasını 200 min tona çatdıracaq

"Rusiyanın Həştərxan vilayətində Azərbaycanın  investisiya qoyuluşu  ilə fəaliyyət göstərən logistika qovşağı yüklərin daşınmasının həcmini ildə 100 min tondan 200 min tona çatdırmağı planlaşdırır."

 

Sfera.az xəbər verir ki,  Azərbaycan  Respublikası İqtisadiyyat Nazirliyinin "Azərbaycan iqtisadiyyatı" adlı teleqram kanalının  məlumatına görə bunu Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən Rusiya-Azərbaycan biznes dialoqu zamanı deyib.

 

O, qeyd edib ki, qovşağın gömrük və fitosanitar nəzarəti imkanları var ki, bu da kənd təsərrüfatı mallarının daşınması zamanı mühüm əhəmiyyət kəsb edir.

 

Babuşkinin sözlərinə görə, Həştərxan vilayəti həm su, həm də quru ilə yüklərin tranziti üçün imkanlara malikdir. Bölgənin qovşaqları vasitəsilə bir milyon tona qədər yüklərin tranziti mümkündür.

 

Qubernator bildirib ki, regionun liman qurğuları ildə 16 milyon tona qədər yükü qəbul etmək gücündədir. 2013-cü ildə 4,5 milyon ton emal edilib - bu, son 10 ildə ilk dəfə əldə edilən maksimum göstəricidir. 2024-cü ilin yanvar-aprel aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 75% artım qeydə alınıb. O, bu sahənin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

 

Qeyd  edək  ki, iyunun 8-dək davam  edəcək Peterburq Beynəlxalq İqtisadi Forumu (PBİF) çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunacaq.

 

Əsas diqqət ticarət və investisiya əlaqələrinin, o cümlədən kənd təsərrüfatı, əczaçılıq, enerji, logistika və bankçılıq sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə yönəldiləcək.

 

Tədbirdə, həmçinin, "Dubay-Bakı: enerjidən maliyyəyə" panel sessiyasının keçirilməsi gözlənilir. Bu sessiya zamanı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 müzakirə olunacaq.

 

Xatırladaq ki,  "KDY Logistics" 2017-ci ildə dəmir yolu ilə yük daşımaları üçün keyfiyyətli xidmət təmin etmək məqsədi ilə yaradılıb. 

 

Şirkətin baş ofisi Azərbaycanın paytaxtı Bakıda yerləşir. "KDY Logistics" Azərbaycanda və xaricdə filiallar və birgə müəssisələr tərəfindən təmsil olunur. Rusiyanin Həştərxan vilayətində Kutum stansiyasının ərazisində 60 ha yaxın sahədə  fəaliyyət göstərir. Ərazidə gömrük, fitosanitariya postları, laboratoriya, süd və süd məhsullarının gömrük olunması üçün xüsusi vetraniya postu, quru yüklərin saxnaılması üçün hər ölçüdə anbar, dizbaryer,vaqonların qapalı şəraitdə boşalıb yüklənməsi üçün qapalı dəmir yol dalanları var.


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...