"Xidmətlərin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir" - Zamirə Ədilova

"TƏBİB tərəfindən tabeli tibb müəssisələrində əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir".

 

Sfera.az xəbər verir ki, bu sözləri Sumqayıt Tibb Mərkəzinə təşkil edilən media-tur zamanı jurnalistlərə açıqlamasında TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova deyib.

 

“Sumqayıt Tibb Mərkəzində 2024-cü ilin ilk 3 ayı ərzində vətəndaşlara 5 852 017 tibbi xidmət göstərilib. Qeydə alınan tibbi xidmətlərin 888 708-i stasionar, 4 963 309-u isə ambulator şəraitdə həyata keçirilib. Göstərilən tibbi xidmətlərin ümumi sayı 2022-ci ilin yanvar-mart ayları üzrə 96 %, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24% çox olub”.

 

Z.Ədilova əlavə edib ki, TƏBİB-in Kommunikasiya strategiyasına uyğun olaraq, tabeli tibb müəssisələrində ictimaiyyətlə əlaqələr fəaliyyəti təkmilləşdirilir, bu istiqamət üzrə işə ixtisaslı kadrlar cəlb olunur və onların bilik-bacarıqlarının artırılması üzrə vaxtaşırı təlimlər keçirilir, eləcə də mütəxəssislərin fəaliyyəti qiymətləndirilir:

 

“Sumqayıt Tibb Mərkəzində də İctimaiyyətlə əlaqələr bölməsi mövcuddur. Bölmə tərəfindən müəssisənin fəaliyyətlərinə və Kommunikasiya strategiyasına uyğun olaraq əhalinin məlumatlandırılması və maarifləndirilməsi həyata keçirilir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanıldı

Mayın 9-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfera.a...

Ağdaşda bir nəfər kanalda batıb

Ağdaşda bir nəfər kanalda batıb.   Sfera.az xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki, Nazirliyin...

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...