“WhatsApp” növbəti yeniliyini işə saldı

“WhatsApp” növbəti yeniliyini işə saldı
 
"WhatsApp” tərtibatçıları öz messenceri üçün yeni yenilənməni işə salıblar.
Sfera.az Lent.az-a istinadən xəbər verir ki, artıq videoların baxılması daha qənaətcil və rahat olub.
Bu yenilənmə üçün "WhatsApp” əlavəsinin istifadəçiləri yalnız videofaylı yüklədikdən sonra bu videoya baxa bilərdilər. Yenilənmə isə videoçarxlara axın rejimində baxılmasına imkan verir. Bu o deməkdir ki, artıq videofayla yüklənən zaman baxmaq mümkün olacaq.
Bu gün "WhatsApp”da 1 milyarddan artıq istifadəçi qeydiyyatdan keçib. Onlar dəfələrlə proqram tərtibatçılarından videofaylların baxılması ilə bağlı məsələnin həllini xahiş ediblər. 
Çünki bu prosedur xeyli vaxt və trafik aparırdı, insanlar isə tez-tez cihazlarına onlara, ümumiyyətlə, lazım olmayan fayllar yükləyirdilər. Çünki onların bu fayllara öncədən baxmaq imkanları yox idi.
"WhatsApp” komandası bu xahişi nəzərə alıb və "Android” cihazları üçün yenilənməni həyata keçirib. Proqramın beta testləri uğurla həyata keçirilib. Artıq bu yenilənmənin "iOS” və "Windows” əməliyyat sistemlərində işə düşəcəyini gözləmək qalır.



OXŞAR XƏBƏRLƏR

Hansı ərazilərdə mənzil almaq daha sərfəlidir? - VİDEO

Yaxın gələcəkdə paytaxtın bəzi ərazilərindən mənzil almaq daha sərfəli olacaq.   Ekspertlər bildirirlər ki, artan qiymətlər fonunda bir neçə ərazidə ...

Bu dərmanlara qarşı xəbərdarlıq

Mütəxəssislər tez-tez istifadə edilən bəzi dərmanların gözlənilən faydanı vermədiyini və hətta zərərli ola biləcəyini bildirirlər. Dərmanlar, xüsusən də düzgün ...

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...