Azərbaycanda xəstəxananın direktoru işdən çıxarıldı - FOTO

Azərbaycanda xəstəxananın direktoru işdən çıxarıldı - FOTO

"Ucar Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru Zeynal Bayramlı vəzifəsindən azad edilib.

 

Sfera.az-ın məlumatına görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

 

Digər əmrlə Zeynal Bayramlıya TƏBİB-də başqa vəzifə həvalə edilib.

 

O, Ucar Rayon Mərkəzi Xəstəxanasındakı işindən iyun ayının 5-də ayrılıb. (Unikal)


OXŞAR XƏBƏRLƏR