Xalq artistinin konsertində FACİƏ: Rəqqas səhnədə can verdi - ŞOK VİDEO

Xalq artistinin konsertində FACİƏ: Rəqqas səhnədə can verdi - ŞOK VİDEO
Çeçenistanın Urus-Martan şəhəri rayon Mədəniyyət sarayında dekabrın 2-də bədbəxt hadisə baş verib. Çeçenistan xalq artisti Liza Axmatovanın çıxışı zamanı 48 yaşlı rəqqas R. Xusainov "ləzginka” sədaları altında oynayarkən qəfildən səhnədə yıxılıb. Tamaşaçılar bunun şou elementi olduğunu düşünərək gülərək alqışlayıblar.

Xalq artisti daha bir neçə saniyə ərzində ifasını davam etdirib və yerə yıxılmış şəxsə yaxınlaşıb.

O, nə baş verdiyini dərhal anlamadığından hadisəni zarafata çevirməyə cəhd edib: "Həddindən artıq can yandırıb! Rəqqasa alqışlar!”.

Lakin artıq vəziyyətin ciddi olduğu anlaşılıb. Gülüş və alqış sədaları kəsilib, artistlər, səhnə işçiləri və zaldakı sadə insanlar yerə yıxılmış şəxsi əhatəyə alıblar.

Təcili tibbi yardım çağırılıb. Təəssüf ki, həkimlərin artıq yardım edə biləcəyi bir imkan yox idi. Şəxsin ürək dayanmasından öldüyü məlum olub./interaz/

 

OXŞAR XƏBƏRLƏR

Hansı ərazilərdə mənzil almaq daha sərfəlidir? - VİDEO

Yaxın gələcəkdə paytaxtın bəzi ərazilərindən mənzil almaq daha sərfəli olacaq.   Ekspertlər bildirirlər ki, artan qiymətlər fonunda bir neçə ərazidə ...

Bu dərmanlara qarşı xəbərdarlıq

Mütəxəssislər tez-tez istifadə edilən bəzi dərmanların gözlənilən faydanı vermədiyini və hətta zərərli ola biləcəyini bildirirlər. Dərmanlar, xüsusən də düzgün ...

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...