DİN-dən Daşkəsəndəki olayla bağlı AÇIQLAMA

DİN-dən Daşkəsəndəki olayla bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Daşkəsən rayonunda baş vermiş insidentə aydınlıq gətirib.

 

DİN-dən Sfera.az-a bildirilib ki, aprelin 26-da Daşkəsən rayonu Quşçu kəndi ərazisində qayda pozuntuları ilə idarə edilən, insanların həyat və sağlamlığına real təhlükə yaradan “VAZ 2106” markalı avtomobil DYP əməkdaşları tərəfindən saxlanılıb:

 

"Müəyyən edilib ki, 10-FA-497 dövlət qeydiyyat nişanlı, Q.Həsənova məxsus avtomobil sürücülük hüququ və etibarnamə olmadan, Vətən müharibəsi iştirakçısı, 1996-cı il təvəllüdlü İsmayılov Ədalət Fərman oğlu tərəfindən idarə edilir. Ə.İsmayılova qanunvericiliyə uyğun olaraq izahlar verilməsinə və onun intizama dəvət edilməsinə baxmayaraq, qanunsuz hərəkətlərini davam etdirib, istədiyi kimi avtomobil idarə edəcəyini bildirərək ictimai qaydanı kobud şəkildə pozmaqla polis əməkdaşlarına tabesizlik nümayiş etdirib.

 

Əməlində xırda xuliqanlığın tərkib əlamətləri olduğuna görə Ə.İsmayılov barəsində məhkəmə qərarı ilə 60 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib. Onun inzibati məsuliyyətə cəlb edilməsinin əsassızlığı ilə bağlı müraciətləri aidiyyəti üzrə araşdırılıb və təsdiqini tapmadığından qərar qüvvədə saxlanılıb.

 

Ə.İsmayılovla çoxsaylı izahedici söhbətlər aparılmasına baxmayaraq, o qeydiyyatda olduğu Daşkəsən rayonunda və yaşadığı Gəncə şəhərində özünə aid olmayan nəqliyyat vasitələri ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq hərəkətlər etməsi ilə bağlı dəfələrlə tədbirlər görülüb".

 

Qeyd edək ki, Ədalət İsmayılov bu gün Daşkəsəndə üzərinə benzin tökərək özünə od vurub. Yaxınlıqdakı şəxslər tərəfindən yanğın söndürülüb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan Ə. İsmayılov xəstəxanaya yerləşdirilib.


OXŞAR XƏBƏRLƏR

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...

Dövlət başçısı Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

İlham Əliyev Ulu Öndərlə bağlı paylaşım etdi - VİDEO

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı rəsmi "Instagram" səhifəsində videoçarx paylaşıb. ...