4 dərman istehsalı zavodu açılacaq
İqtisadiyyat
13:17 / 08.12.2016
1414
2018-ci ilədək Azərbaycanda artıq 4 dərman istehsalı zavodu fəaliyyət göstərəcək.
Sfera.az-ın Trend-ə istinadən məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda Azərbaycan Beynəlxalq investisiya konfransında deyib.
Nazir bu yaxınlarda Azərbaycan-Rusiya birgə əczaçılıq zavodunun təməlqoyma mərasiminin keçirildiyini xatırladıb:
"Həmçinin bu ay İranla birgə əczaçılıq zavodunun təməlini qoyacağıq. Bundan başqa, hazırda biz daha iki oxşar layihəni nəzərdən keçiririk".