Gecə 5 dərəcə şaxta olacaq

Gecə 5 dərəcə şaxta olacaq
 
Dekabrın 9-da Bakıda və Abşeron yarımadasında arabir güclü cənub-qərb küləyinin əsəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın minimal temperaturu 2-5° şaxta təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.

Dekabrın 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sabah arabir güclü cənub-qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 2-5° şaxta, gündüz 3-5° isti, Bakıda gecə 3-5° şaxta, gündüz 3-5° isti təşkil edəcək.  Gecə və səhər yollar buz bağlayacaq.
 
Azərbaycanın rayonlarında isə sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.
 
Tibbi-meteoroloji proqnoza gəlincə isə dekabrın 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda güclü gilavar küləyinin əsməsi meteohəssas insanlar üçün əlverişsizdir. Dekabrın 10-da isə meteoroloji amillərin mülayim tərəddüdü nisbətən əlverişsizdir.



OXŞAR XƏBƏRLƏR

Hansı ərazilərdə mənzil almaq daha sərfəlidir? - VİDEO

Yaxın gələcəkdə paytaxtın bəzi ərazilərindən mənzil almaq daha sərfəli olacaq.   Ekspertlər bildirirlər ki, artan qiymətlər fonunda bir neçə ərazidə ...

Bu dərmanlara qarşı xəbərdarlıq

Mütəxəssislər tez-tez istifadə edilən bəzi dərmanların gözlənilən faydanı vermədiyini və hətta zərərli ola biləcəyini bildirirlər. Dərmanlar, xüsusən də düzgün ...

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...