Bu günə qədər sirləri hələ də açılmamış ürpədici hadisələr

Tarixdə bir çox hadisələr hələ də öz sirlərini qoruyub saxlayır.
Sfera.az bu dəfə də bu hadisələrdən bəzilərini təqdim edir.
Zəhərli Qadın
1994-cü ilin fevralında Qloriya Ramirez uşaqlıq boynu xərçəngi əlamətləri ilə Kaliforniya xəstəxanasına yerləşdirildi. Ramirezin qanının və dərisinin "çirklənmiş" qoxu gəldiyini anlayan işçilər qəfildən qusmağa və huşunu itirməyə başlayıblar.
Onun dərisində və qanında hansı zəhərli qaz dövr edirdi? Bu günə qədər məlum deyil.
Gözətçi evi
Bir ailə 2014-cü ildə Nyu Cersidə ev alıb, lakin heç vaxt köçə bilməyib. Çünki onlar evi alan kimi “Gözətçi” adlı şəxsdən təhdid mesajları gəlməyə başlayıb:
“Sənin gənc qanının mənim olacağı günü gözləyirəm”.
"Bütün qapılar və pəncərələr mənə sizi hərəkət edərkən izləməyimə şərait yaradır".
Nikolas Barklayın yoxa çıxması
1994-cü ildə 13 yaşlı Nikolay itkin düşüb. Düz 6 il sonra Nikolay olduğunu iddia edən biri zəng edib. O, Barklay ailəsinin evinə köçüb, lakin özəl detektiv yeni Nikolayın fərqli qulaq quruluşu olduğunu aşkar edib. Bu şəxs əslində Frederik Bourdin adlı bir fırıldaqçı olub. Bəs əsl Nik haradadır? Hələ də məlum deyil.
Circleville məktubları
Ohayo ştatının Circleville şəhərinin sakinləri 1976-cı ildə anonim təhdid mesajları almağa başladılar. Meri Gillespie əsas hədəflərdən biri idi. Qısa müddətdən sonra əri spirtli içkidən bədbəxt hadisə nəticəsində öldü. Lakin o, içki içən deyildi. Məhkəmə Merinin ərinin qardaşını məktubları yazmaqda günahkar bilib.
Lakin qardaş da həbsxanada təhdid mesajlarını almağa davam edib.
Məktubları kim yazırdı? O nə istəyirdi? Məlum deyil.
6. Nömrə stansiyaları
Beaumont Uşaqlarının yoxa çıxması
1966-cı ilin yanvarında Ceyn (9), Arnna (7) və Qrant (4) adlı üç qardaş Avstraliyaya çimərliyə gedib və bir daha geri qayıtmayıblar. Onlar suyun kənarında bir kişi ilə oynayarkən görülüblər, bundan sonra bir polis məmuru onları gecə saat 3 radələrində evə gedərkən gördüyünü deyib. Ailələrinə uşaqların girov saxlandıqları barədə məktublar göndərilsə də, onların saxta olduğu üzə çıxıb.
West Memphis Three
1993-cü ildə Arkanzas ştatının West Memfis şəhərində öldürülən üç uşağın qatili olmaqda şübhəli bilinən üç yeniyetmə həbs olunub. Onların bu qətlləri şeytani ritualın bir hissəsi kimi həyata keçirdikləri iddia edilsə də, əksəriyyət bunun yalan olduğunu israr edir. Bu gənclərin günahkar olduğunu göstərən heç bir sübut yoxdur və bu gün hər üçü azadlıqdadır. Bəs o balaca uşaqları kim qətlə yetirib? Hələ də bilinmir.
Maks Spirsin ölümü
İngilis UFO mütəxəssisi Maks Spirs Polşada bir evin divanında ölü tapılan zaman UFO haqqında çox şey öyrənməyə başlamışdı. Həkimlər onun təbii səbəblərdən öldüyünü desələr də, anası kiminsə onu öldürmək istədiyini düşünürdü. Çünki bir həftə əvvəl anasına “Mənə bir şey olsa, araşdır” demişdi.
Palıd adasının sirri
Məlumata görə, Kanadanın Yeni Şotlandiya əyalətindəki bu özəl ada nadir sənət əsərlərinin xəzinəsinin üzərində yerləşir. Ən böyük əfsanəyə görə, böyük qayalardan ibarət olan “Pul çuxuru” hələ kəşf edilməmiş bir xəzinəni özündə birləşdirir. Ancaq bir çox tənqidçilər bu hekayənin heç bir əsasının olmadığını düşünürlər.
Brian Shafferin yoxa çıxması
Ohayo ştatının Kolumbus şəhərində yaz tətilində olan bir kollec tələbəsi dostları ilə bara gedib və yoxa çıxıb. Barın hər girişində təhlükəsizlik kamerası var idi, ona görə də tələbə içəri girərkən görünür, amma heç vaxt ordan çıxmayıb. Brian Shaffer necə toza çevrildi? O hələ də sağdırmı? Məlum deyil.
15. D.B. cooper
Duman içində itən uşaqlar
1945-ci ilin Milad ərəfəsində 9 uşaqdan 5-i Qərbi Virciniya ştatında evdəki yanğında itkin düşüb. Onlardan heç nə qalmayıb, daha doğrusu, heç nə tapılmayıb. Bu səbəbdən uşaqların yandırıldığı yox, qaçırıldığı düşünülür. 5 cəsədin hamısı birdən hara yox oldu? Hələ də bilinmir.
Aysel
Sfera.az