Qeyri-adi və sirli bir canlı tapıldı - VİDEO

Dennis Çan adlı “İnstaqram” istifadəçisi qəribə bir canlı tapıb dəniz canlısının güclü sancması var. O, bunu öz səhifəsində yaxın planda göstərib.
Sfera.az bildirir ki, gənc adam çimərlikdə zəhərli tikələri olan qəribə bir məxluq görəndə şoka düşüb. Dennis Çanın dediyinə görə, o, Sinqapurda qumların arasında qeyri-adi mənzərə ilə qarşılaşıb. Yaxından yoxladıqdan sonra bunun səmaya baxan uzunburunlu bir dəniz canlısı olduğunu anlayıb.
Belə balıqların 50-dən çox alt növü olduğuna inanılır və bəzilərində elektrik enerjisi istehsal edən xüsusi orqan var.
Çan bu balıqların güclü sancması olduğunu deyir. Bu, balığı yoxlamağa mane olmayıb. “İnstaqram”da yayımladığı videoda Çan izləyicilərə balığın havanı udduqdan sonra yenidən qumun arasına girmədən əvvəl yaxından çəkilmiş şəklini göstərib. Video 1,2 milyon baxış və bir milyondan çox bəyənmə toplayıb.
"Qeyri-adi və həyəcanlı mənzərə: bu qəribə balıqlar özlərini qumda basdırır, yalnız başlarını açıqda qoyurlar və sanki ulduzlara baxaraq ovlarını gözləyirlər" - deyə Çan qeyd edir.
Onun sözlərinə görə, bu varlıqlar daş balığa və ya əqrəb balığına bənzəyirlər, yəni sancmalara səbəb olan zəhərli tikanları da var. Tapıntının müəllifi bu balığı maraqlı hesab etsə də, digər sosial şəbəkə istifadəçiləri bunu olduqca qorxulu adlandırıblar.
Sözügedən videonu təqdim edirik: