Balinalar qaraciyərə görə köpəkbalığını parçaladı - FOTO

Bu yaxınlarda Cənubi Afrika sahillərinin birində təxminən beş metr uzunluğunda böyük bir ağ köpəkbalığı parçalanmış halda tapılıb. Onun daha böyük bir yırtıcı tərəfindən hücuma məruz qaldığı güman edilir Həmçinin məlum olub ki, köpəkbalığı bu yaxınlarda delfin yeyib.
Sfera.az bildirir ki, Cənubi Afrika sahillərində yerli sakin tərəfindən kəsilmiş böyük ağ köpəkbalığı cəsədi tapılıb. Ölən heyvan Cənubi Afrikanın cənub-şərqindəki Nyara çayının mənsəbinə düşüb.
Bioloq Alison Tauner köpək balığının yarılmasından sonra tapıntının fotolarını sosial şəbəkədə paylaşıb. O, köpəkbalığının qatil balinaların qurbanı olduğunu təsdiqləyib.
Bir gün sonra baytarlar cəsədin müayinəsini başa çatdırıblar və mədədən adi bir delfin çıxarıblar. Bu zaman delfinin səliqə ilə dörd hissəyə bölündüyü məlum olub. Bu onu göstərir ki, delfin bu yaxınlarda yeyilib. Heyvanın başındakı diş izlərindən köpək balığının qatil balina tərəfindən öldürüldüyü qənaətinə gəlinib. Çox maraqlıdır ki, köpəkbalığının qaraciyəri əskik olub.
Bu, 2015-ci ildən bəri Cənubi Afrika sahillərində böyük ağ köpəkbalıqlarının 14-cü təsdiqlənmiş qətl hadisəsidir. Onların hamısı balinalar tərəfindən parçalanıb. Bu fenomeni tədqiq edən alimlər qatil balinaların qaraciyər üçün köpəkbalığı ovladığına inanırlar.
2017-ci ildə Gansbaaidə (Cənubi Afrika) qaraciyəri olmayan beş böyük köpək balığı tapılıb. Ancaq 2022-ci ilin mayına qədər tədqiqatçılar suallara cavab almağa başlayıblar. Dron görüntülərində iki erkək qatil balinanın köpək balıqlarını ovladığı və həyati orqanlarını cərrahi dəqiqliklə çıxardığı əks olunub.
Aynil
Sfera.az