“Mədəniyyətə Könül Ver” - “Bizimlə öyrən” – FOTO 

“Mədəniyyətə Könül Ver” - “Bizimlə öyrən” – FOTO 

Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə “Mədəniyyətə Könül Ver” layihəsi davam edir.

 

Sfera.az xəbər verir ki, layihə çərçivəsində “Bizimlə öyrən” adlı silsilə təlimlər, görüşlər və ustad dərsləri keçirilir.

 

Təlimlər həm Bakı, həm də Gəncə şəhərində baş tutur. Növbəti təlimlər fərqli peşə sahibləri tərəfindən keçirilib.

 

Təlimlərin mövzuları “Səhv etməməyin yolları”, “Aparıcılığa gedən yol”, “Emosional qiraət”, “Kolleksiya toplamağın faydaları”, “PR və Media” və s. olub.

 

Bildirək ki, layihənin keçirilməsində məqsəd könüllülərin və yaradıcı gənclərin iştirakı ilə mənəvi irsimizi gələcək nəsillərə çatdırmaq, mədəniyyətimizin inkişafı və təbliği istiqamətində müxtəlif yönlü ictimai fəaliyyətlər göstərməkdən ibarətdir.

 

Bu silsilə tədbirlər gənclərin maariflənməsinə xidmət edəcək.

 

Layihə çərçivəsidə fərqli sahələrin peşəkarları ilə görüşlər, könüllülüyün inkişafına xidmət göstərən təlimlər təşkil olunur.


OXŞAR XƏBƏRLƏR