Tələbələri aparan avtobus qəzaya uğradı
Hadisə
10:58 / 08.12.2016
1555
Bakı-Quba yolunda avtobus aşıb. Lent.az-ın məlumatına görə, magistralın Sumqayıtdan keçən hissəsində "Ford Tranzit" markalı, 50 CF 170 dövlət qeydiyyat nişanlı avtobus aşıb. Nəticədə 42 yaşlı sürücü və 4 sərnişini yaralanıb.
Bildirilir ki, qəzaya düşən avtobus tələbələri aparırmış. Yaralanan tələbələrdən üçü qız, digəri isə oğlandır.
Faktla bağlı araşdırma aparılır.