Azərbaycanın keçmiş DTK sədri vəfat etdi

Cəmiyyət
18:23 / 04.06.2024
7033
Keçmiş Sovet Azərbaycanının siyasi xadimi, Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi və 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində Rusiyanın geosiyasi analitiki Vaqif Hüseynov vəfat edib.
Sfera.az bildirir ki, o, 82 yaşında idi və Rusiyada dünyasını dəyişib.
Qeyd edək ki, V.Hüseynov 1989-1991-ci illərdə Azərbaycan DTK-nın sədri, uzun müddət Kommunist Partiyasının Bakı şəhər üzrə birinci katibi, Azərbaycan SSRİ Olimpiya Komitəsinin sədri və digər vəzifələrdə çalışıb.