Allahşükür Paşazadə: "COP29-un Azərbaycanda keçirilməsi dayanıqlı iqtisadi inkişafın daha bir mühüm nümayişi olacaq"

Allahşükür Paşazadə:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi davamlı sabitliyin, dayanıqlı iqtisadi inkişafın daha bir mühüm bir nümayişi olacaq.

 

Sfera.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə iyunun 4-də Liviya Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naserlə görüşündə deyib.

 

QMİ sədri A.Paşazadə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra ölkədə həyata keçirilən böyük layihələr, bərpa olunan dini və mədəniyyət abidələr barədə səfirə ətraflı məlumat verib.

 

Liviyanın səfiri Ali Salem Naser Azərbaycanda çalışmaqdan və xalqın qazandığı uğurları görməkdən məmnunluq duyduğunu bildirib.

 

Səfir Şuşaya və işğaldan azad olunan digər ərazilərə səfərləri zamanı həyata keçirilən genişmiqyaslı işləri heyranlıqla izlədiyini qeyd edib.

 

Diplomat iki ölkə və xalq arasında münasibətlərin daha da möhkəmlənməsi üçün səy göstərdiyini, müxtəlif, o cümlədən dini sahədə əlaqələrin güclənməsinə töhfə vermək istəyində olduğunu bildirib.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...