“Poz-Qazan” oyunlarında mayda 14 böyük uduş qazanıldı

“Poz-Qazan” oyunlarında mayda 14 böyük uduş qazanıldı

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin “Poz-Qazan” oyunları müxtəlif məbləğli böyük uduşlarla qazandırmağa davam edir.  

 

May ayında “Poz-Qazan” oyunlarında ümumilikdə 14 böyük uduş qazanılıb. Ötən ay yeni satışa çıxmış “Poz-Qazan” tarixində ən böyük uduş – 500 000 manat olan “Prestij” lotereyasında ilk 50 000 manat udulub. Şanslı qalib Gəncə sakini Sahib Muxtarov olub. “Prestij”də daha 6 biletdə isə 5000 manat qazanılıb. Uduşlu biletlər Bakı, Gəncə, Mingəçevir və Şəkidən alınıb. Qazananlardan biri Samir Cahangirli olub.

 

“Uğurlu 7” lotereyası da Bakıda Rövşən Aslanova 50 000 manat qazandıraraq uğur gətirib. “Uğurlu 7”də daha bir 10 000 manatı Yevlax sakini Anar Səlimov udub. “Tap-Qazan” lotereyasında isə 25 000 manat paytaxt sakinin bəxtinə çıxıb.

 

Limitli sayda satışa çıxmış “Papaq at” lotereyasında da 2 ədəd biletdə 10 000 manat Bakıda qazanılıb. Qaliblərdən biri Nicat Hüseynov olub.

 

Naxçıvanda daha bir 10 000 manatlıq bilet “Bombardir”də udulub. “Göz Muncuğu” lotereyasında da 10 000 manatlıq uduş Bakı sakininə nəsib olub.

 

Qeyd edək ki, “Poz-Qazan” oyunlarında 25 000-dən 500 000 manatadək böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir. Biletləri “Azərlotereya” satış nöqtələri və  “Misli” məntəqələri , "Azərpoçt" şöbələri, şəhərimizin market və köşklərindən əldə etmək, həmçinin “Wolt”dan sifariş vermək mümkündür.


OXŞAR XƏBƏRLƏR

Plan, nəzarət, iradə: Pulu düzgün idarə etməyin ƏSAS
Pulu qazanmaq asandır, xərcləmək çətin. Bu fikrə ədəbiyyatlarda və sosial həyatda tez-tez rast gəlirik. Mütəxəssislər də təsdiqləyir ki, pulu qazanmaq qədər, on...

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...