Toylar sadələşdirilir - Cütlüklər bu seçimlərə üstünlük verirlər

Toylar sadələşdirilir - Cütlüklər bu seçimlərə üstünlük verirlər

Toy mövsümü yaxınlaşdıqca cütlüklər müxtəlif ideyalar axtarışında olurlar. Son zamanlar gənclər arasında yaxın ailə dostları ilə yığcam toy məclisi təşkil etmək dəb halını alıb.

 

Bu il izdihamlı toy mərasimlərindən fərqli olaraq, kiçik yığıncaqlar daha trenddədir.

 

Sakit atmosferi və daha az stressi olan bu mərasimlər diqqəti daha çox cəlb edir. Xüsusilə 1960-1970-ci illərdən ilhamlanan retro toylar da sürətlə artır. Bu cür toylarda məkan seçimindən tutmuş bəzədilməsinə qədər retro atmosferə üstünlük verilir. Gəlinlər isə ailə yadigarları sayılan üzük, boyunbağı və sırğalardan istifadə edirlər.

 

Məkan seçimində də cütlüklər açıq məkanlara daha çox üstünlük verirlər. Seçimlər arasında dənizkənarı məkanlar xüsusilə fərqlənir. Açıq havada keçirilən toylarda təbii çiçəklərə və zərif süfrələrə üstünlük verilir.

 

Qeyd edək ki, gəlinlər artıq sadə və təbii görünməyə üstünlük verirlər. Həmçinin təbii dalğalı saçlar trenddədir. Gəlinlik seçimində sadəlik, makiyaj seçimində isə təbiilik əsas prioritet heab olunur.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...