Maşınlar “28 Mall”un parkinqində saatlarla tıxacda qaldı - VİDEO

Maşınlar “28 Mall”un parkinqində saatlarla tıxacda qaldı - VİDEO

Bu gün günorta saatlarından etibarən “28 Mall” ticarət mərkəzinin parkinq çıxışında böyük tıxac yaranıb. 

 

Sfera.az xəbər verir ki, bu barədə sürücülər sosial şəbəkədə paylaşım ediblər. 

 

Qeyd olunur ki, təxminən 3 saata yaxın müddətdə ticarət mərkəzinin dayanacağından çıxmaq mümkün olmayıb: “Saat 14:45-dən davam edən tıxac. Havasız parkinq. Hamilə qadından tutmuş yaşlı insanlara qədər hamı dayanıb, “28 Mall”dan çıxış etmək mümkün deyil”.

 

Vətəndaşlar tıxacın alış-veriş mərkəzinin yaxınlığında su borusunun partlaması ilə əlaqələndirirlər. 

 

Yaranmış problemlə bağlı “28 Mall”la əlaqə saxladıq. Ticarət Mərkəzindən bildirildi ki, sözügedən problem daxili deyil, küçədə yaranan tıxacla əlaqədardır: “Ona görə də biz heç bir tənzimləmə apara bilmirik”. 

 

“Azərsu ASC”nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin saatlarında ticarət mərkəzinin yerləşdiyi küçədən keçən su borusunda qəza olub. Qurum əməkdaşları qəzanın fəsadlarının aradan qaldırılması üçün texnikalarla əraziyə cəlb olunub. Sıxlığın bundan qaynaqlandığı bildirilir.

 

 

 



OXŞAR XƏBƏRLƏR

“Aztelekom”un əməkdaşı Heydər Əliyev zirvəsinə qalxdı - FOTOLAR

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin əməkdaşı Nicat Səfərov Ümummilli Li...

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...

Ceyhun Mirzəyevin yeganə qızıMoskva küçələrində

"Ögey ana", "Fəryad" kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Moskvada küçədə yaşayır. &nbs...