“Shokki Mokki” uşaqlar üçün Gəncədə festival təşkil etdi - FOTO

“Shokki Mokki” uşaqlar üçün Gəncədə festival təşkil etdi - FOTO

“Shokki Mokki” və Vuvuzela Medianın birgə ərsəyə gətirdiyi “Kiçik addımlarla böyük uğurlar” layihəsinin ilkin görüşü Gəncədə keçirilib.

 

“İdman maneə tanımır” şüarı ilə həyata keçirilən, uşaqların zehni və fiziki inkişafında mühüm rol oynayacaq “Kiçik addımlarla böyük uğurlar” layihəsində Bakıdan və bölgələrdən 1000-dən artıq uşağın iştirakı nəzərdə tutulub. Eyni zamanda bura “Məktəbim” proqramı çəçivəsində fəaliyyət göstərən məktəbəqədər təhsil ocaqlarındakı uşaqlar da cəlb olunacaq.

 

“Shokki Mokki” brendinin marketinq müdiri Nəzrin Əliyevanin sözlərinə görə “Kiçik addımlarla böyük uğurlar” “Məktəbim” proqramı çərçivəsində həyata keçirilən ən böyük layihədir: “Bugün “Məktəbim proqramı çərçivəsində biz ən böyük yeni layihəmizi təqdim etdik. “Kiçik addımlarla böyük uğurlar”. Bu layihədə tərəfdaşımız Azərbaycanda və Azərbaycandan kənarda tanınan, bayrağımızı göylərdə ucaldan “Qarabağ” idman klubudur. Klubun futbolçuları, baş məşqçisi uşaqlarla görüşlər keçirdi, onları idmana həvəsləndirəcək məsləhətlər verdi”.

 

Layihənin fəxri səfiri, xalq artisti Tünzalə Ağayeva isə bu layihə üçün bəstələdiyi himndən danışdı: ““Körpələrimizlə fləşmob oynadıq, rəqs etdik, mahnı oxuduq. Hansı ki, bu mahnı “Məktəbim” proqramı çərçivəsində “Kiçik addımlarla, böyük uğurlar” layihəsinə həsr olunub”.

 

Qeyd edək ki, 1 iyunda Gəncə şəhərində start verilən layihənin növbəti görüşü Bakıda, son tədbiri isə 7 iyun tarixində Qubada keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hərbi Dəniz Donanması Günüdür

5 Avqust Azərbaycan Hərbi Dəniz Donanması Günüdür.   Sfera.az xatırladır ki, Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti döv...

Bakının mərkəzində mənzildən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyət...

Bir zamanlar iti ilə maşında yatan kişi dünya ulduzuna çevrildi - FOTOLAR

"Şotlandiya Müharibə Maşını" da adlandırılan Lukanın həyatı kökündən dəyişib. Onun çox maraqlı həyat hekayəsi var. Arzusuna gedən yolda o, uşaq baxıcı...

Bu zoopark əhaliyə çağırış etdi: Ev heyvanlarını yırtıcılara vermək üçün bağışlayın

Danimarkadakı zoopark yerli sakinləri sağlam ev heyvanları, xüsusən də dovşan, toyuq və qvineya donuzlarını yırtıcı heyvanlar üçün yem kimi ianə etməyə çağırıb....

Dünyanın ən gülməli ölkələrinin adı AÇIQLANDI

Remitly tərəfindən aparılan beynəlxalq araşdırma zamanı planetin ən gülməli xalqları müəyyən edilib. Ekspertlər 30 ölkədən 6000-dən çox insan arasında sorğu keç...

Ad gününə 2 gün qalmış xəstəlikdən vəfat etdi - FOTO

1970-1980-ci illərin sevimli aktrisalarından biri olan Loni Anderson vəfat edib.   Sfera.az xəbər verir ki, aktrisa 80 illik yubileyinə iki...