İlham Əliyevin 80-ci illərdə sürdüyü avtomobil - FOTOLAR
00:20 / 08.12.2016
8587
Lipetskdə yerləşən "Qaliçya qora" qoruğunda 1975-ci il istehsallı "Ford Qrenada" avtomobili var.
Sfera.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, qoruğun əməkdaşları deyirlər ki, bu avtomobili vaxtında Azərbaycanın indiki prezidenti İlham Əliyev idarə edib.
Sözügedən avtomobili Kanada nümayəndə heyəti 1980-ci il Olimpiadasında Moskvaya gətirib. Avtomobili Azərbaycanın mərhum prezidenti Heydər Əliyev alıb. İlham Əliyev bu avtomobildə o zaman xeyli vaxt keçirib.
1980-ci illərin ortalarında qoruğun direktoru, qeyri-adi avtomobillərin böyük həvəskarı idi və "Ford Qrenada"nı öz maşınlarından biri ilə dəyişib. Sonra avtomobilin mühərriki və ötürmə qutusu sıradan çıxıb. O vaxtdan maşın qoruqda talvarın yanında dayanır.