Çin Rusiyaya görə Qərbi HƏDƏLƏDİ: "Tezliklə cəsəd torbaları ilə dolacaq”

Çin Rusiyaya görə Qərbi HƏDƏLƏDİ:

ABŞ-nin Ukrayna ilə bağlı son qərarı gərginlik yaratmaqda davam edir. 

 

Sfera.az bildirir ki, Vaşinqton Kiyevə öz silahları vasitəsilə  Rusiyaya zərbələr endirməyə icazə verdikdən sonra Çin də məsələyə müdaxilə edib. Belə ki, Pekin  NATO-nu fəlakətli nəticə ilə hədələyib. Bu barədə Çinin “Asiatimes” nəşri məlumat yayıb.

 

“Avropa tezliklə “cəsəd torbaları” ilə dolacaq”, -  nəşr qeyd edib.

 

Vurğulanıb ki, NATO daxilində alyansın Ukrayna münaqişəsində iştirakı ilə bağlı müxtəlif fikirlər də mövcuddur: “Macarıstan NATO-nun savaşda iştirakına və Rusiya ərazisinə hücumlara etiraz edir. İtaliya da bu fikrə qarşıdır. Bununla belə, Almaniya dəstəyini bəyan edir, lakin Kiyevi Rusiya Federasiyasının dərinliklərinə hücumlar üçün “Taurus” raketləri ilə təmin etmir”.

 

Materialda qeyd edilib ki, ABŞ-nin yeni siyasəti Rusiya ilə münasibətlərdə gərginliyə səbəb ola bilər: “Ən çox ehtimal olunan nəticə Ukraynada münaqişənin davam etməsidir. Bu da Şimali Atlantika Alyansı üçün əlavə itkilərə, o cümlədən əsgərlərin həyatına səbəb olacaq. NATO təyyarələrinin və ya quru qüvvələrinin Kiyev ərazisində mümkün istifadəsi planları Avropa üçün fəlakətli nəticələrə gətirib çıxaracaq”.

 

Xatırladaq ki,  ABŞ Prezidenti Co Bayden Kiyevə Rusiya ərazisinə zərbələr endirməyə icazə verib. Lakin bəzi ekspertlər bunun nüvə münaqişəsinə gətirib çıxara biləcəyi istiqamətində xəbərdarlıqlar edib.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...