Azərbaycan mülki aviasiyası 86 illiyini qeyd edir - FOTOLAR

Azərbaycan mülki aviasiyası 86 illiyini qeyd edir - FOTOLAR

İyunun 2-də Azərbaycanın mülki aviasiya işçiləri peşə bayramlarını və Azərbaycan mülki aviasiyasının 86-cı ildönümünü qeyd edirlər.

 

Sfera.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 18 may tarixli “Mülki aviasiya işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamı ilə hər il iyunun 2-si ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı kimi qeyd olunur.Mülki aviasiyanın 86-cı ildönümünün qeyd edilməsi çərçivəsində “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət ediblər.

 

Ziyarətçilər xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı üzərinə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

 

Azərbaycanın mülki aviasiyası həm Ümummilli lider Heydər Əliyevin rəhbərliyi, həm də dövlət başçısı İlham Əliyevin daimi dəstəyi sayəsində tərəqqiyə nail olub.

 

İyunun 2-də qeyd olunan Mülki Aviasiya Günü aviasiya işçilərinin ölkənin inkişafına, iqtisadi artımına və dövlətlərarası əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfələrinin simvoludur.

 





OXŞAR XƏBƏRLƏR

"Sülh sazişi imzalamağa hazırıq" - Ermənistan XİN

Ermənistan sülh sazişini imzalamağa hazır olduğunu bəyan edib.    Sfera.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan b...

Prezident və xanımı Şuşada...

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyuldu

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mə...

“Teleqram”da YENİLİK - İstifadəçilər bunu eyni zamanda edə biləcəklər

“Telegram” ikinci böyük yeniləməsini təqdim edib.   Sfera.az xəbər verir ki, bu dəfə platforma həm texniki funksionallığı, həm də is...

Prezident və Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışını etdilər

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər. ...

İlham Əliyev və xanımı Daşaltı məscidinin açılışında iştirak etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...