Avtomobili ayağı ilə idarə edən sürücü HƏBS EDİLDİ

Hadisə
19:09 / 01.06.2024
10110
Avtomobildə təhlükəli hərəkətlər edən sürücü 15 sutka həbs edilib.
Sfera.az xəbər verir ki, bu barədə Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib.
Xatırladaq ki, sözügedən şəxs bu zaman özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Belə ki, 77-FX-867 dövlət nömrə nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü sükan çənbərini ayağı ilə idarə edib.
Həmin görüntüləri təqdim edirik: