Rəşad Sadıqov: "Qarabağ"a layiqli müqavimət göstərməyə çalışacağıq

Rəqibə layiqli müqavimət göstərmıyə çalışacağıq.
Sfera.az-ın məlumatına görə, bunu Azərbaycan Kubokunun "Qarabağ"la final matçından öncə bu gün keçirilən mətbuat konfransında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.
O, ciddi rəqibə qarşı oynayacaqlarını söyləyib: "Ajiotaj var. Bunu biletlərin satışından bilirik. Azarkeşlər maraq göstərir. İkinci dəfədir qarabağla qarşılaşırıq. Ötən dəfə penaltilər seriyasında qarabağ qazandı qarşımızdakı rəqib ciddidir. Avropa Liqasının 1/8 finalına çıxmıç komanda ilə oynayacağıq. Rəqibə layiqli müqavimət göstərmıyə çalışacağıq"
O, "Qarabağ"a qarşı oyunlarda pis çıxış etmədiklərini deyib:
Finalda nəsə demək çətindi. Qarabağla üç oyunda pis çıxış etməmişik. Düşünürəm ki itkilər o qədər də təsir etməyəcək. Hər kəs əlindən gələni edəcək.