Cəlilabad sakini suda BOĞULDU - YENİLƏNDİ

Hadisə
17:15 / 01.06.2024
19696
Cəlilabadda suda boğulanın kimliyi məlum olub.
Sfera.az xəbər verir ki, həmin şəxs Cəlilabad rayonunun Sabirabad kənd sakini, 2007-ci il təvəllüdlü Mirhəsən Aftandil oğlu Şükürovdur. 17 yaşlı yeniyetmə kənddə yerləşən su bəndində boğulub.
Qeyd edək ki, yeniyetmə nənəsi ilə qaldığından hadisə qeydə alınan kəndin məktəbində 11-ci sinifdə təhsil alırdı.
Faktla bağlı araşdırma aparılır.
***
15:30
Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
Sfera.az-ın report-a istinadən xəbərinə görə, hadisə rayonun Uzuntəpə kəndində yerləşən su bəndində qeydə alınıb.
Mərhumun meyiti sudan çıxarılıb.
Hadisənin təfərrüatları və boğulan şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.