Fərid Mehralızadə HƏBS OLUNDU - FOTO

Kriminal
15:15 / 01.06.2024
7925
Bir neçə gün öncə saxlanılan iqtisadçı Fərid Mehralızadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Sfera.az APA-ya istinadla xəbər verir ki, Xətai rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı ilə bağlı qərar qəbul olunub.
Qərara əsasən, Fərid Mehralızadə barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.