Əhali bir ildə 3 milyard manata qənaət edib – RƏQƏMLƏR

Əhali bir ildə 3 milyard manata qənaət edib – RƏQƏMLƏR

Azərbaycan əhalisi ötən il 78 milyard manatdan çox gəlir əldə edib və bunun 75 milyard manatını xərcləyib. Bir ildə əhalinin qənaət edə bildiyi vəsait isə 3,026 milyard manat olub. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, əhalinin gəlirlərinin 32,65 milyard manatı sahibkarlıq fəaliyyətindən, 30,4 milyard manat əmək ödənişlərindən (maaş, qonarar və s.), 2,66 milyard manatı mülkiyyətdən əldə edilib.


Gəlirinin 12,3 milyard manatı isə cari transferlər hesabına yaranıb. 


Xərclərin strukturunda ən çox paya son istehlak (ərzaq, qeyri-ərzaq və pullu xidmətlər – red.) xərcləri sahibdir. Əhali son istehlaka 65 milyard manatdan çox pul xərcləyib. Digər xərclərə isə 10 milyard manat gedib. 


2023-cü ildə əhali əvvəlki iki ilə nisbətən daha çox vəsaitə qənaət edə bilib. 2021-ci ildə 1,83 milyard manat, 2022-ci ildə 2,7 milyard manata qənaət edilsə də 2023-cü ildə qənaət məbləği 3 milyard manatı ötüb. Qənaət olunan vəsaitin 2 milyard manatı qeyri-maliyyə aktivlərinə (daşınmaz əmlak və s.), 1,027 milyard manatı maliyyə aktivlərinin yığımına sərf olunub. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...