Bakıda III Milli Kibertəhlükəsizlik Forumu KEÇİRİLİR – FOTO

Bakıda III Milli Kibertəhlükəsizlik Forumu KEÇİRİLİR – FOTO

 

Bakıda "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “III Milli Kibertəhlükəsizlik Forumu” keçirilir.

 

Sfera.az xəbər verir ki, tədbir Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və "Azerconnect Group"un əsas tərəfdaşlığı ilə baş tutub.
 

Forumun əsas məqsədi kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verə biləcək tərəfdaşlar və mütəxəssislərlə birgə müzakirələrin həyata keçirilməsidir.
350-dən dən çox mütəxəssis iştirak etdiyi Forum çərçivəsində kibertəhlükəsizlik sahəsi üzrə aidiyyəti yerli və xarici qurum, təskilat və şirkətlərin rəhbər və vəzifəli şəxslərinin, eləcə də mütəxəssislərin çıxışları dinlənilib.
 

Habelə, "Azərbaycan Respublikasının kibertəhlükəsizlik ekosistemi", "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair Türk dövlətləri Təşkilatlarına üzv dövlətlərin təcrübəsi", "Kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq", "Kibertəhlükəsizlik üzrə təhsil və insan resursları" və "Kiberdiaspora" adlı panellərdə müzakirələr baş tutub.

 

Forumun açılışında AKTA sədri Elvin Balacanov və bir neçə şirkət rəhbəri çıxış edib.
 

Məlumat üçün bildirək ki, Forumun tərəfdaşları sırasında "Azerconnect Group" və "CISCO" şirkətləri, qızıl sponsorları sırasında "CyberPoint", "Code Academy", "Eset", "Muk" , "Smart İT" və "Crowdstrike" şirkətləri yer alıb.
 

Xatırladaq ki, Forum Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən ənənəvi olaraq hər il təşkil olunur.(Bizim.Media)
 






















OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hərbi Dəniz Donanması Günüdür

5 Avqust Azərbaycan Hərbi Dəniz Donanması Günüdür.   Sfera.az xatırladır ki, Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti döv...

Bakının mərkəzində mənzildən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyət...

Bir zamanlar iti ilə maşında yatan kişi dünya ulduzuna çevrildi - FOTOLAR

"Şotlandiya Müharibə Maşını" da adlandırılan Lukanın həyatı kökündən dəyişib. Onun çox maraqlı həyat hekayəsi var. Arzusuna gedən yolda o, uşaq baxıcı...

Bu zoopark əhaliyə çağırış etdi: Ev heyvanlarını yırtıcılara vermək üçün bağışlayın

Danimarkadakı zoopark yerli sakinləri sağlam ev heyvanları, xüsusən də dovşan, toyuq və qvineya donuzlarını yırtıcı heyvanlar üçün yem kimi ianə etməyə çağırıb....

Dünyanın ən gülməli ölkələrinin adı AÇIQLANDI

Remitly tərəfindən aparılan beynəlxalq araşdırma zamanı planetin ən gülməli xalqları müəyyən edilib. Ekspertlər 30 ölkədən 6000-dən çox insan arasında sorğu keç...

Ad gününə 2 gün qalmış xəstəlikdən vəfat etdi - FOTO

1970-1980-ci illərin sevimli aktrisalarından biri olan Loni Anderson vəfat edib.   Sfera.az xəbər verir ki, aktrisa 80 illik yubileyinə iki...