"Tik-idarə et-təhvil ver” modelinin həyata keçirilməsi qaydası təsdiq edildi

Prezident İlham Əliyev "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən "Tik-idarə et-təhvil ver" modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Sfera.az AZƏRTAC-a istinadə xəbər verir ki, fərmana əsasən, Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.


OXŞAR XƏBƏRLƏR

Bu qidalar ağciyər xərçəngi riskini artırır - Adlar

ABŞ-də qidaların insan orqanizminə təsirini öyrənmək üçün aparılan genişmiqyaslı bir araşdırmada 100 mindən çox insan təxminən 10 il ərzində izlənilib.  ...

DİN və DSX Cəlilabadda əməliyyat keçirib, axtarışda olan şəxs saxlanılıb

Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirlərilə axtarışda olan şəxs saxlanılıb...

Avrasiyanın ən aktiv vulkanı oyanır - FOTO

Səhər saatlarında Sibirin ən yüksək dağı və Avrasiyanın ən yüksək aktiv vulkanı olan Klyuçevskoy 8,8 bal gücündə güclü zəlzələdən sonra püskürüb.   S...

ABŞ İrana ciddi zərbə endirəcək - AÇIQLAMA

ABŞ 2018-ci ildən bəri İrana qarşı ən genişmiqyaslı sanksiya paketini elan edib. Bu tədbirlər İranın neft ticarətini idarə edən beynəlxalq gəmiçilik şəbəkə...

Avqustda qeyri-sabit hava şəraiti GÖZLƏNİLİR

Avqust ayının 1 və 2-ci ongünlüyü yüksək temperatur ilə müşahidə olunacaq. Lakin havanın ümumi iqlim normasına yaxın olacağı ehtimalı böyükdür.   Sfe...

Pediatrdan xəbərdarlıq: Telefonlar uşaqların beyininə zərər verir

Yay aylarında uşaqların boş vaxtlarının çox olması onların informasiya və texnologiya məhsullarından asılılığını daha da artırır. Havanın isti keçməsi, tətil re...