FHN ildırım təhlükəsi ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ

FHN ildırım təhlükəsi ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ

Fövqəladə Hallar Nazirliyi (FHN) ildırım təhlükəsi ilə bağlı əhaliyə müraciət edib.

 

FHN-dən Sfera.az-a verilən məlumata görə, ildırımın yaratdığı təhlükələr və bundan qorunmağın yolları barədə aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən mütəmadi olaraq əhaliyə edilən müraciətlərə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, ötən gün ildırım vurması insan ölümü və xəsarətlə nəticələnib.

 

Bu isə hər bir vətəndaş tərəfindən təhlükəli təbiət hadisələrindən olan ildırımla bağlı zəruri davranış qaydalarına ciddi riayət edilməsi zərurətini yaradır.

 

Qeyd olunanları, habelə xüsusilə yaz-yay fəsilləri üçün xarakterikliyini nəzərə alaraq, FHN bir daha əhaliyə müraciət edərək ildımla bağlı təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

 

Belə ki, ildırım zamanı:

 

- qazı bağlayın, elektrik cihazlarını şəbəkədən ayırın;

 

- evin pəncərə və qapılarını örtün, pəncərənin qarşısında dayanmayın;

 

- telefonla danışmayın;

 

- elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmayın;

 

- daldalanmaq üçün hündür ağacların altında gizlənməyin;

 

- ⁠nəzərə alın ki, ildırım düşməsi ağacların hündürlüyü ilə düz mütənasibdir. Belə ki, məsələn, ağacın hündürlüyü 4 metrdirsə, həmin ağacdan, ən azı, 4 metr aralı dayanmaq lazımdır;

 

- düzəngahdasınızsa, yüksək nöqtə kimi ildırımı cəlb etməmək üçün çuxurda çöməlib dizlərinizi qucaqlayaraq oturun;

 

- yüksəklikdəsinizsə, çökək yerə enin;

 

- su hövzəsində çimirsinizsə və ya qayıqdasınızsa, dərhal sahilə çıxın;

 

- yadda saxlayın ki, metal əşya ilə təmas təhlükəlidir (o cümlədən, saat, sırğa, üzük, idman əşyaları və s.);

 

- avtomobildəsinizsə, hərəkəti dayandırın, onu tərk etmədən şüşələri qaldırıb ildırımın bitməyini gözləyin;

 

- bağlanan şüşələri olmayan nəqliyyat vasitəsindəsinizsə (bəzi kənd təsərrüfatı texnikası, motosiklet, velosiped və s.), dərhal düşün və ən azı 30 metr aralanın;

 

- qrup halındasınızsa, aranızda, ən azı, 1,5 metr məsafə saxlayın.

 

Təhlükə zamanı 112-yə zəng edin!

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hərbi Dəniz Donanması Günüdür

5 Avqust Azərbaycan Hərbi Dəniz Donanması Günüdür.   Sfera.az xatırladır ki, Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti döv...

Bakının mərkəzində mənzildən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyət...

Bir zamanlar iti ilə maşında yatan kişi dünya ulduzuna çevrildi - FOTOLAR

"Şotlandiya Müharibə Maşını" da adlandırılan Lukanın həyatı kökündən dəyişib. Onun çox maraqlı həyat hekayəsi var. Arzusuna gedən yolda o, uşaq baxıcı...

Bu zoopark əhaliyə çağırış etdi: Ev heyvanlarını yırtıcılara vermək üçün bağışlayın

Danimarkadakı zoopark yerli sakinləri sağlam ev heyvanları, xüsusən də dovşan, toyuq və qvineya donuzlarını yırtıcı heyvanlar üçün yem kimi ianə etməyə çağırıb....

Dünyanın ən gülməli ölkələrinin adı AÇIQLANDI

Remitly tərəfindən aparılan beynəlxalq araşdırma zamanı planetin ən gülməli xalqları müəyyən edilib. Ekspertlər 30 ölkədən 6000-dən çox insan arasında sorğu keç...

Ad gününə 2 gün qalmış xəstəlikdən vəfat etdi - FOTO

1970-1980-ci illərin sevimli aktrisalarından biri olan Loni Anderson vəfat edib.   Sfera.az xəbər verir ki, aktrisa 80 illik yubileyinə iki...