Tayvanda güclü zəlzələ oldu

Dünya
23:32 / 31.05.2024
6971
Tayvanın şərq sahillərində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri 1 milyondan çox insanın yaşadığı Tayçunq şəhərindən 12 km şərqdə olub.
Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.