Heydər Əliyev Mərkəzində “Təbəssüm bağı” nümayiş olunacaq

Heydər Əliyev Mərkəzində “Təbəssüm bağı” nümayiş olunacaq

İyunun 7-də Heydər Əliyev Mərkəzində tanınmış çinli rəssam Yüe Mincünun “Təbəssüm bağı” adlı fərdi sərgisi açılacaq.

 

Sfera.az xəbər verir ki, sərgidə rəssamın “Avtoportret” və “Güllər” silsilələrinə aid əsərləri - rəsm və heykəltəraşlıq nümunəsi təqdim olunacaq. 

 

Müasir Çin incəsənətinin tanınmış nümayəndəsi olan Yüe Mincünun “Avtoportret” silsiləsindən olan əsərləri dünya incəsənətində əks-səda yaradıb. Həmin silsilədə yaradılan obrazların hamısında geniş təbəssümlü insanlar təsvir olunub. Bəziləri həmin təbəssümü “istehza  gülüşü” adlandırır, digərləri isə onun dramatik və kədərli olduğu qənaətindədir. İstənilən halda, həmin obrazlardakı təbəssümlər dərhal yaddaşlara həkk olunur. 

 

Rəssamın digər məşhur silsiləsi “Güllər”di. Həmin əsərlərdə COVID-19 pandemiyasının səbəb olduğu məhdudiyyətlərin yaratdığı fəsadlar rəssamın təxəyyülünə uyğun əks olunur. Belə ki, bu incəsənət nümunələrindəki obrazların üzünü tibbi maska deyil, güllər bağlayır. 

 

Qeyd edək ki, Yüe Mincünun Çinlə yanaşı müxtəlif ölkələrdə - ABŞ, Almaniya, Avstriya, Belçika, Böyük Britaniya, Danimarka, Fransa, Xorvatiya, İndoneziya, İslandiya, İspaniya, İsveçrə, İtaliya, Koreya, Kuba, Niderland, Sinqapur, Tailandda fərdi sərgiləri keçirilib, əsərləri dünyanın tanınmış qalereya və muzeylərinin kolleksiyalarında yer alıb. 

 

Yüe Mincünun Heydər Əliyev Mərkəzində nümayiş olunacaq “Təbəssüm bağı” sərgisi oktyabrın 27-nədək davam edəcək. 


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...