Heydər Əliyev Mərkəzində “Təbəssüm bağı” nümayiş olunacaq

Heydər Əliyev Mərkəzində “Təbəssüm bağı” nümayiş olunacaq

İyunun 7-də Heydər Əliyev Mərkəzində tanınmış çinli rəssam Yüe Mincünun "Təbəssüm bağı" adlı fərdi sərgisi açılacaq.

 

Sfera.az xəbər verir ki, sərgidə rəssamın "Avtoportret" və "Güllər" silsilələrinə aid əsərləri - rəsm və heykəltəraşlıq nümunəsi təqdim olunacaq.

 

Müasir Çin incəsənətinin tanınmış nümayəndəsi olan Yüe Mincünun "Avtoportret" silsiləsindən olan əsərləri dünya incəsənətində əks-səda yaradıb. Həmin silsilədə yaradılan obrazların hamısında geniş təbəssümlü insanlar təsvir olunub. Bəziləri həmin təbəssümü "istehza gülüşü" adlandırır, digərləri isə onun dramatik və kədərli olduğu qənaətindədir. İstənilən halda, həmin obrazlardakı təbəssümlər dərhal yaddaşlara həkk olunur.

 

Rəsamın digər məşhur silsiləsi "Güllər"di. Həmin əsərlərdə COVID-19 pandemiyasının səbəb olduğu məhdudiyyətlərin yaratdığı fəsadlar rəssamın təxəyyülünə uyğun əks olunur. Belə ki, bu incəsənət nümunələrindəki obrazların üzünü tibbi maska deyil, güllər bağlayır.

 

Qeyd edək ki, Yüe Mincünun Çinlə yanaşı müxtəlif ölkələrdə - ABŞ, Almaniya, Avstriya, Belçika, Böyük Britaniya, Danimarka, Fransa, Xorvatiya, İndoneziya, İslandiya, İspaniya, İsveçrə, İtaliya, Koreya, Kuba, Niderland, Sinqapur, Tailandda fərdi sərgiləri keçirilib, əsərləri dünyanın tanınmış qalereya və muzeylərinin kolleksiyalarında yer alıb.

 

Yüe Mincünun Heydər Əliyev Mərkəzində nümayiş olunacaq "Təbəssüm bağı" sərgisi oktyabrın 27-nədək davam edəcək.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...