Ukrayna Rusiyaya “F-16”larla zərbələr ENDİRƏ BİLƏR

Ukrayna Rusiyaya “F-16”larla zərbələr ENDİRƏ BİLƏR

Son dövrlərdə Kremlin Ukraynaya hücumları artdığına görə Kiyev Rusiya ərazisinə zərbələr endirmək üçün Qərbdən razılıq almağa çalışır. Yəni Ukrayna Qərbin göndərəcəyi ağır silahlardan Rusiya ərazisində istifadə etmək niyyətindədir.

 

Sfera.az xəbər verir ki, Ukrayna Ali Radasının deputatı Andrey Kloçko report-a bildirib ki, məsələ ilə bağlı parlament nümayəndə heyəti NATO Parlament Assambleyasının iclasında iştirak edib: "Nümayəndə heyətimiz NATO ölkələrindən tədarük edilən silahların Rusiya ərazisində, eləcə də müvəqqəti işğal altında olan Ukrayna ərazisində istifadəsinə icazə verilməsi üçün qətnamənin səsverməsinə nail olub. Bu, düzgün qərardır. Bizə düşmənimiz olan Rusiyaya maksimum tez bir zamanda ziyan vurmağa imkan verəcək. Bu isə Ukraynaya ərazilərini qaytarmağa, ədaləti bərqərar etməyə imkan verəcək”.

 

Hərbi-siyasi şərhçi Taras Berezovets isə "Report"a bildirib ki, hazırkı məqamda Rusiya ərazisinə Qərbin göndərdiyi silahlarla zərbələrin endirilməsinə icazəni 11 Avropa ölkəsi və Kanada verib: "Almaniya, Portuqaliya və İtaliya buna qarşı çıxıblar. Bu ölkələrin rəhbərləri hesab edirlər ki, Ukraynanın Rusiya ərazisinə belə hərbi hücumları lazım deyil”.

 

T.Berezovetsin sözlərinə görə, ABŞ mətbuatında da bugünlərdə informasiya yayılıb ki, Vaşinqton bu təşəbbüsün əleyhinə deyil: “Amerika daha çox Rusiya ərazisində hava hücumu nöqtələrinə zərbələrin endirilməsini dəstəklədiyini bildirib. Bu, olduqca çətin prosesdir. Son bir neçə ildir Qərb tərəfdaşlarımız, əsasən də ABŞ və Almaniya sadəcə müşahidəçi mövqeyi tutur. Onların gözü qarşısında Rusiya Ukrayna ərazisində mülki obyektlər də daxil, strateji infrastrukturlara ciddi zərbələr endirir. Nəhayət ki, Ukrayna bu qədər zərbələr aldıqdan sonra qərbli tərəfdaşlarımızın mövqeyində hansısa dəyişiklik oldu”.


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...