Azərbaycan ilə Latviya arasında Strateji Dialoqun üçüncü iclası KEÇİRİLİB

Azərbaycan ilə Latviya arasında Strateji Dialoqun üçüncü iclası KEÇİRİLİB

Riqa şəhərində Azərbaycan ilə Latviya arasında Strateji Dialoqun üçüncü iclası keçirilib.

 

Xarici İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, iclasda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Latviya nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyi dövlət katibinin müavini-siyasi direktor Anjeys Vilumsons rəhbərlik ediblər.

 

İclas zamanı iki ölkə arasında ənənəvi dostluğa və qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq və onun gücləndirilməsi imkanları, o cümlədən siyasi, iqtisadi, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

 

Yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsinin, Strateji Dialoqun və Hökumətlərarası Komissiyanın növbəti iclaslarının keçirilməsinin əhəmiyyəti vurğulanıb.

 

Beynəlxalq gündəlikdə dayanan qarşılıqlı maraq kəsb edən məsələlər, çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsi mövzuları da müzakirələrin diqqət mərkəzində olub.

 

2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına (COP29) hazırlıq və görüləcək işlərlə bağlı qarşı tərəf məlumatlandırılıb.

 

İclas zamanı, həmçinin regional vəziyyət müzakirə olunub. Qarşı tərəfə Azərbaycanın bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atdığı addımlar barədə məlumat verilib. Habelə işğaldan azad edilmiş ərazilərimizdə mina problemi, orada həyata keçirilən bərpa-quruculuq işləri, bu xüsusda Latviya ilə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

 

Səfər zamanı F.Rzayev, həmçinin Latviyanın digər rəsmi şəxsləri ilə görüşüb, eləcə də beyin mərkəzlərinin nümayəndələri ilə keçirilən tədbirdə çıxış edib.


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...