Azərbaycan və Qazaxıstan aqrobiznes forumlarının təşkilində MARAQLIDIR

Azərbaycan və Qazaxıstan aqrobiznes forumlarının təşkilində MARAQLIDIR

Azərbaycan və Qazaxıstan sahibkarları arasında əlaqələri gücləndirmək üçün birgə aqrobiznes forumlarının təşkil edilməsində maraqlıdırlar.

 

Kənd Təsərrüfatı Nazirliyindən Sfera.az-a verilən məlumata görə, bu barədə müzakirələr kənd təsərrüfatı naziri Məcnun Məmmədovla Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ilə keçirilən görüşdə aparılıb.

 

M. Məmmədov bildirib ki, ölkələr arasında mövcud olan sıx dostluq əlaqələri bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığı inkişaf etdirməyə imkan verir. Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə qonağa məlumat verən nazir bildirib ki, ölkəmiz Qazaxıstanla aqrar sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

 

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında aqrar sahədə hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi və digər məsələlər müzakirə olunub.

 

Görüş zamanı Azərbaycan və Qazaxıstan dövlət başçılarının Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında bütün sahələrdə əməkdaşlığın genişlənməsinin əhəmiyyətini dəfələrlə qeyd etdikləri vurğulanıb, əlverişli coğrafi mövqe və nəqliyyat infrastrukturu imkanlarından istifadə edərək ticarət dövriyyəsinin artırılmasının prioritet istiqamətlərdən biri olduğu qeyd olunub

 

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel öz növbəsində ölkəsinin Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verdiyini vurğulayıb. Qonaq kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu, bu sahədə əməkdaşlığın inkişaf etməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

 

Tərəflər aqrar sahə üzrə ixtisaslaşmış ali təhsil müəssisələri, elmi tədqiqat institutları arasında əməkdaşlığı genişləndirmək barədə də fikir mübadiləsi aparıblar.


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...