Azərbaycanda atmosferi ən çox avtomobillər çirkləndirir - RƏSMİ

Azərbaycanda atmosferi ən çox avtomobillər çirkləndirir - RƏSMİ

Azərbaycanda atmosferə ən çox çirkləndirici maddələr avtomobillərdən atılır.

 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2023-cü ildə 965 min ton çirkləndirici maddə atılıb. Son bir ildə atılan çirkləndirici maddələrin miqdarı 35 min ton, son iki ildə isə 86 min ton artıb.

 

2023-cü ildə atılan çirkləndirici maddələrin 821 min tonu, yəni 85 faizi avtomobillərin payına düşüb, qalanı (144 min ton) isə stasionar mənbələrdən (zavod, fabrik, ev, ofis və s.) atılıb.

 

Müqayisə göstərir ki, son illərdə stasionar mənbələrdən atılan çirkləndirici maddələrin miqdarı azaldığı halda, avtomobillərdən atılan maddələrin miqdarı artır. Son 2 ildə stasionar mənbələrdən atılan çirkləndirici maddələrin miqdarı 13 min ton azalıb, avtomobillərdən atılan çirkləndirici maddələrin miqdarı isə 98 min ton artıb.

 

Avtomobillərdən atılan çirkləndirici maddələrin çoxalmasının səbəbi benzin və dizellə işləyən köhnə avtomobillərin sayının artmasıdır.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hərbi Dəniz Donanması Günüdür

5 Avqust Azərbaycan Hərbi Dəniz Donanması Günüdür.   Sfera.az xatırladır ki, Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti döv...

Bakının mərkəzində mənzildən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyət...

Bir zamanlar iti ilə maşında yatan kişi dünya ulduzuna çevrildi - FOTOLAR

"Şotlandiya Müharibə Maşını" da adlandırılan Lukanın həyatı kökündən dəyişib. Onun çox maraqlı həyat hekayəsi var. Arzusuna gedən yolda o, uşaq baxıcı...

Bu zoopark əhaliyə çağırış etdi: Ev heyvanlarını yırtıcılara vermək üçün bağışlayın

Danimarkadakı zoopark yerli sakinləri sağlam ev heyvanları, xüsusən də dovşan, toyuq və qvineya donuzlarını yırtıcı heyvanlar üçün yem kimi ianə etməyə çağırıb....

Dünyanın ən gülməli ölkələrinin adı AÇIQLANDI

Remitly tərəfindən aparılan beynəlxalq araşdırma zamanı planetin ən gülməli xalqları müəyyən edilib. Ekspertlər 30 ölkədən 6000-dən çox insan arasında sorğu keç...

Ad gününə 2 gün qalmış xəstəlikdən vəfat etdi - FOTO

1970-1980-ci illərin sevimli aktrisalarından biri olan Loni Anderson vəfat edib.   Sfera.az xəbər verir ki, aktrisa 80 illik yubileyinə iki...