Eldar Həsənov İqbal Ağazadənin partiyasını “alıb” –Eks baş prokuror prezident seçkilərinə hazırlaşır

Eldar Həsənov İqbal Ağazadənin partiyasını “alıb” –Eks baş prokuror prezident seçkilərinə hazırlaşır
Azərbaycanın sabiq baş prokororu, Azərbaycan Respublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov böyük siyasətə qayıtmaq istəyir.
Bu barədə Avropa.info saytına məlumat verən mənbə sabiq baş prokurorun 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ilə bağlı fəal hazırlıq işlərinə başladığını bildirib.
Məlumata görə, Eldar Həsənov bir sıra ictimai və siyasi fəallarla görüşlər də keçirib. Özünü "Qarabağ klanı”nın lideri elan edən sabiq baş prokuror növbəti prezident seçkilərində iştirakını bəyan edərək, ətrafına Qarabağdan olan tanınmış simaları toplamağa cəhdlər edir.
Məlumatlara görə, E. Həsənov siyasi partiyanın dəstəyi olmadan fəal siyasətlə məşğul olmağın imkansızlığını nəzərə alaraq, partiya da "alıb”. O, "Qarabağ klanı” na digər iddialı, keçmiş MTN şəbəkəsinin vurulmasından sonra "ulduzu sönən” Ümid Partiyasının sədri İqbal Ağazadə ilə danışıqlara başlayaraq, siyasi dəstək istəyib.
Mənbənin məlumatına görə, İ. Ağazadə növbəti prezident seçkilərində Ümid Partiyasının namizədinin E. Həsənov olacağına dair vəd verərək, keçmiş baş prokurorla birgə addımlar atmağa hazır olduğunu bəyan edib. E.Həsənov prosesləri sürətləndirməyi tapşırıb və tezliklə Bakıya qayıdacağını yaxın ətrafına bildirib.
Məlumatı Avropa.info-ya verən mənbə bildirib ki, E. Həsənovun apardığı danışıqlar yalnız İ. Ağazadə ilə yekunlaşmayıb:
"Keçmiş baş prokuror sabiq müsavatçı və istefada olan MTN zabiti İlham İsmayıl, habelə, ADR rəhbəri Qubad İbadoğlu ilə də danışıqlar aparıb. Nəzərə alsaq ki, adıçəkilən hər iki şəxs qarabağlıdır, onda E. Həsənovun planının nədən ibarət olduğu bilinir.”
Xatırladaq ki, İ. Ağazadənin adı həbs olunan, bir çox cinayətlərdə ittiham edilən və həbsxanada intihar edən, tələbə yoldaşı, keçmiş MTN polkovniki İlqar Əliyevlə hallanırdı. Geniş biznes imkanlarına malik olan Ağazadənin millət vəkili seçilməsi də məhz İlqar Əliyevin də təmsil olunduğu MTN şəbəkəsinin yardımı ilə həyata keçirildiyi haqda iddialar var. Müxalifətdə "troya atı” rolunu oynayan İ. Ağazadə artıq deputat mandatına da həsrət qaldığı üçün özünə yeni müttəfiqlər axtarır və bu müstəvidə ona ən güclü dayağının Eldar Həsənov ola biləcəyini düşünür.
Avropa.info-ya məlumat verən mənbə onu da bildirib ki, Eldar Həsənov AXCP və Müsavat, onlara yaxın media orqanları ilə də yaxın təmaslar qurmağa nail olub və bunun müqbilində külli miqdarda qonorar ödəyib. Mənbənin məlumatına görə, sabiq prokuror bir sıra tanınmış ziyalılar, QHT nümayəndələri və jurnalistlərlə də təmas qura bilib, onları növbəti prezident seçkilərində namizəd olacağına inandıra bilib. Mənbə onu da vurğulayıb ki, E. Həsənov İ. Ağazadə vasitəsilə mətbuata müxtəlif məmurlar barəsində kompromatlar ötürür və bununla da cəmiyyətdə hakimiyyətdaxili çəkişmə görüntüsü formalaşdırmağa çalışır.
Qeyd edək ki, Eldar Həsənov Serbiyanın daxili işlər naziri Neboşya Stefanoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə dünən Bakıya gəlib.
Avropa.info
Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

OXŞAR XƏBƏRLƏR

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...